Rusiya-Ukrayna müharibəsinin regional münasibətlərə ciddi təsiri var - Prezidentin köməkçisi

Rusiya-Ukrayna müharibəsinin regional münasibətlərə ciddi təsiri var.

Olaylar.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 13-də XII Qlobal Bakı Forumunda deyib.

O bildirib ki, hazırda Azərbaycanın coğrafi baxımdan yaxın olduğu Yaxın Şərqdə də məlum hadisələr baş verir.

"Mərkəzi Asiya-Azərbaycan əlaqələrini gücləndirmək xarici siyasətimizin prioritetlərindəndir. Türk Dövlətləri Təşkilatı da bölgədə yeni reallıqdır. Həmçinin hazırda Gürcüstan-Azərbaycan münasibətləri qonşuluq əlaqələri baxımından nümunədir", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31