Qlobal Bakı Forumu dünyanın önəmli müzakirə mərkəzinə çevrilib- Tural İsmayılov- ÖZƏL
14:41 SiyasətBakıda martın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumu keçirilir. Forumda 400-ə yaxın nüfuzlu siyasətçi, Nobel mükafatı laureatı, alim və ekspert iştirak edir. Forumun təkcə dialoq platforması deyil, həm də qlobal problemlərin həlli üçün səmərəli vasitə olduğu vurğulanıb. Tədbirdə çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunur.
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, Qlobal Bakı Forumu dünyanın önəmli müzakirə mərkəzinə çevrilib:
"XII Qlobal Bakı Forumu bir daha nümayiş etdirir ki, Azərbaycan bu gün dünyanın əsas müzakirələrinin aparıldığı bir mərkəz halına gəlib. Bu gün "dəyişən dünya düzəni" fonunda Azərbaycanın qlobal müzakirələrin mərkəzi halına gəlməsi, ölkəmizin beynəlxalq miqyasının artması, dünyanın bir çox siyasətçilərinin bu tədbirə təşrif buyurması artıq ənənəvi hal alıb. 12-ci dəfədir ki, Qlobal Bakı Forumu keçirilir. Bu gün burada qlobal dəyişikliklər və bu dəyişikliklər fonunda əlaqələrin inkişaf etməsi , dünyanın daha ədalətli və obyektiv baxışlar ortaya qoymasının vacibliyindən bəhs edilir. Artıq Qlobal Bakı Forumu dünyanın önəmli global müzakirələrinin aparıldığı vacib bir mərkəz halına gəlib. Düşünürəm ki, müzakirə edilən məsələlərdə, bir çox beynəlxalq əlaqələrdə, qlobal siyasi nizamla bağlı qərarların alınmasında Qlobal Bakı Forumunun müstəsna əhəmiyyəti vardır".
Zeynəb Mustafazadə