Şimali Makedoniya Prezidenti XII Qlobal Bakı Forumunun təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
14:09 SiyasətXII Qlobal Bakı Forumunun təşkilinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm.
Olaylar.az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə verdiyi açıqlamasında Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovskaya-Davkova bildirib.
"Bura toplaşmaq imkanı yaratdığına görə, həmçinin sülhlə bağlı məsələləri, eyni zamanda müharibə ilə bağlı məsələləri - təbiətlə müharibə, xalqlar arasında müharibə - müzakirə edə bildiyimiz bu vacib forumu təşkil etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycana təşəkkür edirəm. Bu qlobal problemlərin həlli istiqamətində ilk addımı atmaq üçün şansdır", - deyə o bildirib.
Prezident dünyanın böyük faciənin astanasında olduğunu bildirib.
"Bugün dünyada və Birləşmiş Millətlər Təşkilatında baş verənlər təkcə böyük maraq doğurmur, həm də ciddi narahatlıq yaradır. İnsanlıq neçə dəfə chr("39")Bir daha müharibə olmayacaqchr("39") deyib və hər dəfə bu vədi pozub, ", - deyə Prezident bildirib.
Silyanovska-Davkova vurğulayıb ki, forum çərçivəsində BMT-nin statusu da daxil olmaqla bir çox aktual problemləri müzakirə etmək mümkündür.
"Mən gələcəyin gündəminə həsr olunmuş paneldə iştirak edəcəyəm. Əgər biz indiki yolumuzla davam etsək, bu gələcəyin necə olacağını düşünməliyik. Həmçinin enerji, rəqabət və tərəfdaşlıq məsələləri diqqət mərkəzində olacaq. İnsanlığı yalnız tərəfdaşlıq xilas edə bilər, əks halda bizi daha da dərin parçalanmaya aparan təhlükəli bir yol gözləyir", - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.