Biz çoxqütblü dünyaya hərtərəfli dəstəyimizi göstərməliyik - Şarl Mişel

Biz ilk baxışda çağırışlara diqqət yetirməliyik. Mənim vəzifəyə başladığım ilk beş ilin əvvəli COVID-19 pandemiyası dövrünə təsadüf etdi. Bu da müxtəlif çətinliklərə gətirib çıxardı. O zaman qərarların qəbul edilməsi asan deyildi. Həmin illərdə peyvəndlərin vaxtında çatdırılmasına çalışırdıq. Daha sonra Rusiya-Ukrayna müharibəsi başladı. İlk olaraq Ukraynaya kömək etməyə çalışdıq.

Olaylar.az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı" adlı panel iclasda çıxışı zamanı Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel deyib.

Ş.Mişel deyib: "Biz çoxqütblü dünyaya hərtərəfli dəstəyimizi göstərməliyik. Avropalılar özlərinə heç vaxt olmadığı qədər inamla yanaşmalıdırlar. Biz birləşdiyimiz zaman güclü olarıq. Çünki bu bizim gələcəyimizlə bağlıdır".

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31