Prezidentin köməkçisi: “Ermənistan Azərbaycana təzminat ödəməlidir”

"Ermənistandan Azərbaycana təzminatın ödənilməsi müzakirə mövzusudur".

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

"Həmçinin təzminat məsələsi də müzakirə mövzusudur. Cənab prezidentin tapşırığı əsasında Azərbaycanın aidiyyəti qurumları Ermənistanın Azərbaycana qarşı 30 illik işğalı dövründə vurulmuş zərərin - kəndlərimizin, şəhərlərimizi və maddi-mədəni irsimizin dağıdılması və talan edilməsinin çox dəqiq, müfəssəl və müasir metodoloji qaydalarla qiymətləndirilməsi aparılıb. Cənab prezident də çıxışlarından birində bu barədə Azərbaycan ictimaiyyətinə məlumat verib", - prezidentin köməkçisi bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31