Prezident köməkçisi: "Biz Xəzər, Qara, Aralıq və Adriatik dənizlərini birləşdirməyə çalışırıq"

"Çoxtərəflilik baxımından, Azərbaycanda biz həmçinin çoxdillilik konsepsiyasını seçirik".

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı" panel müzakirələrində bildirib.

O qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələrini bu konsepsiyadan istifadə edərək gücləndirməyə çalışır.

"Biz buna çalışırıq, burada bir çox məsələlər var, bu, 5+5 deyil. Xəzər dənizi bizi ayırmır, birləşdirir. Avrasiya regionunda ölkələri birləşdirir. İki böyük iqtisadi güc də dənizin qütblərindədir. Biz, həmçinin çox regionallıq sahəsində Azərbaycanın enerji konsepsiyanı paylaşmaq istəyirik. Biz bu konsepsiya ilə 4 dənizi - Xəzər, Qara, Aralıq və Adriatik dənizlərini birləşdirməyə çalışırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31