Avropa Azərbaycan qazına ehtiyac duyur- ÖZƏL
13:22 Siyasət"Avropa Azərbaycan qazına ehtiyac duyur". "Olaylar" xəbər verir ki, bunu YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib: "Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə hər zaman böyük diqqətlə yanaşmışıq. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna, möhkəmlənən mövqeyi bu cür əməkdaşlığın sayının artası ilə nəticələnir. Bütün bunlar dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir".