BMT qütbləşən bir quruma çevrilir - Şimali Makedoniya Prezidenti

Fürsətdən istifadə edib çox gözəl ev sahibliyinə görə Azərbaycana təşəkkürümü bildirmək istəyirəm. Nizami Gəncəvi Mərkəzinə bu Forumda iştirak üçün dəvətə görə təşəkkür edirəm. Coğrafi məsafəyə baxmayaraq, bizim iki dost ölkəmiz dərin bağlara malikdir. Bu iki ölkə bəşəriyyətin kəsişdiyi nöqtələrdə yerləşir. Burada çoxmillətli, çox dillərə malik insanlar yaşayır.

Olaylar.az xəbər verir ki, bu barədə Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

"Hər iki ölkə 1991-ci ildə müstəqilliyini qazanıb və öhdəlik olaraq çoxtərəflilik və əməkdaşlıq kimi dəyərləri seçib. Həmçinin digər bir məsələ var ki, bizim ölkələrimiz üçün oxşardır. Azərbaycan odlar yurdudur, mən isə günəş ölkəsini təmsil edirəm. Günəş bizim Makedoniya şairlərinin dediyi kimi, ən qədim odlardan biridir. Son bir neçə gün ərzində Azərbaycan Respublikasına rəsmi səfər çərçivəsində çox geniş müzakirələr aparmışıq. Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edirəm. Azərbaycanın qonaqpərvərliyi beynəlxalq səviyyədə Qlobal Bakı Forumu vasitəsilə daha da tanınır. Forum son illər dünyada qabaqcıl platfotmalardan birinə çevrilib. Bu Forum bir neçə nəsil liderlərin müdrik fikirlərini və ideyalarını paylaşdığı bir yerdir. Bu regional və beynəlxalq məsələlər ətrafında qurulan bir forumdur. Bu məsələlər 2025-ci ildə xüsusilə əhəmiyyətlidir. Çünki bu ili hamı keçid və dəyişikliklər ili kimi dəyərləndirir. Günbəgün yeni suallar ortaya çıxır, onların hələ ki cavabları yoxdur. Dünya hələ ki fərqli bir məkana çevrilir - çoxtərəflilik qütbləşməyə, siyasi mübarizəyə yol açıb. Bu, birgə təhlükəsizlik sistemini sarsıdır. BMT qütbləşən bir quruma çevrilir. Lazım olan vaxtı istənilən nəticəni vermir. Artıq konsensus sual altındadır. Biz yeni mərhələdə necə yaşamalıyıq; burada qərarlar və beynəlxalq sistemə əsaslanan qərarlar sistemi çökür. Ümumiyyətlə, bu böhranın öhdəsindən birgə gələ biləcəyəkmi? Gənc və gələcək nəsillər üçün nə edə bilərik suallarına cavab tapmalıyıq", - deyə Şimali Makedoniya Prezidenti bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31