Ortaq maraqlara əsaslanan əməkdaşlıq yeni mərhələdə- ÖZƏL

"Şimali Makedoniya 25 iyun 1995-ci ildə Azərbaycanın müstəqilliyini tanımış, 28 iyun 1995-ci ildə isə diplomatik münasibətlər qurulmuşdur. Hazırda Şimali Makedoniyanın Azərbaycanda akkreditə olunmuş səfirliyi fəaliyyət göstərir. Azərbaycan da bu münasibətlərin inkişafına önəm verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "2015-2018-ci illərdə Şimali Makedoniya Prezidenti Qeorqe İvanov Azərbaycana işgüzar səfərlər etmişdir. Milli Məclisdə Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Hüquqi baza baxımından iki ölkə arasında 5 sənəd imzalanıb, o cümlədən sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş və ikiqat vergitutmanın aradan qaldırılması haqqında sənədlər hazırda qüvvədədir. 2024-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 5 Şimali Makedoniya kapitallı kommersiya qurumu qeydiyyata alınıb, onlardan 3-ü aktiv fəaliyyət göstərir.Azərbaycan-Şimali Makedoniya münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və beynəlxalq sabitlik kontekstində əhəmiyyət kəsb edir. Siyasi dialoqun intensivləşməsi, enerji əməkdaşlığının dərinləşməsi, iqtisadi və humanitar sahələrdə yeni təşəbbüslər bu münasibətlərin daha da möhkəmlənəcəyinə ümid yaradır. Mövcud perspektivlər göstərir ki, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan bu əməkdaşlıq yeni mərhələyə qədəm qoyur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31