Makronun yeni hərbi koalisiya yaratmaq istəyi baş tutmadı- ÖZƏL
10:20 Siyasət"Ermənistanın ABŞ, Fransa, Yunanıstan, Hindistan, İran, hətta Rusiya və sair dövlətlər tərəfindən güzəştli şərtlərlə silahlandırılması, Avropa İttifaqının Ermənistandakı yarım-hərbi missiyasının informasiya, kəşfiyyat məlumatları əldə etmə cəhdləri, nəhayət ölkədə ehtiyatda olan hərbçiləri təlimə cəlb etməsi Ermənistanın yazda yeni revanş müharibəyə gedəcəyi ehtimalını artırır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Ancaq, Ermənistanın siyasi və hərbi rəhbərliyi bunun dövlətçilik üçün ciddi risk olduğunun fərqindədir və Ermənistanın 1918-ci il sərhədlərinə qayıdacağı ehtimalı tam real görünür. Ermənistan ABŞ -ın keşmiş prezidenti Co Bayden administrasiyası ilə bağladığı strateji müttəfiqlik sazişinə Tramp dönəmində arxalana bilməz. Avropanın isə Rusiya - Ukrayna müharibəsi ilə bağlı ABŞ - ın davranışlarından sonra özünün təhlükəsizliyini təmin edə biləcəyi belə sual altındadır. Parisdə 30-dan çox ölkənin baş qərargah rəhbərlərinin toplanması Makronun yeni hərbi koalisiya yaratmaq istəyi Avropanın və digərlərinin ABŞ-sız nə qədər çətin vəziyyətdə olduğunu göstərir. Ancaq, ABŞ heç bir halda Avropanın müstəqil güc və hərbi mərkəzə çevrilməsinə imkan verən deyil. Amma Avropa, xüsusən də Almaniya və Fransa baş verənlərdən nəticə çıxarıb".