Sakitləşin və həzz alın– ÖZƏL
12 Mart 11:15 SiyasətOlaylar.az xəbər verir ki, Paşinyan öz komanda üzvlərinə, Ermənistanın ikinci və üçüncü prezidentlərinin komandaları arasındakı mübahisəyə heç bir halda müdaxilə etməmələri barədə tapşırıq verib. O, onlara rahat olmalarını və rəqiblərinin "bir-birini parçaladıqlarını" izləməkdən zövq almalarını təklif edib. Komanda Paşinyanın bu mübahisəyə reaksiyasını təəccüblə qarşılayıb.
Paşinyan bildirib ki, heç kəs onu hakimiyyətə gətirməyib. "2018-ci ildə xalq qeyri-zorakı, məxməri inqilabı sayəsində hakimiyyətə gəldi və mən sadəcə xalq hakimiyyətinin müvəqqəti nümayəndəsiyəm, xalq istədiyi zaman məni əvəz edəcək," - deyə qeyd edib.
Bəs Paşinyan niyə öz qərarını pozub və keçmiş prezidentlər arasındakı mübahisəyə müdaxilə edib? "GD"-dəki mənbənin fikrincə, Gümrüdə baş tutmayan uğursuz səfərdən sonra Paşinyan, hakimiyyətin reytinqləri barədə narahatdır və gələcək seçkilərdə qalib gəlmək üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır. O keçmiş prezidentlərə qarşı nifrət yaradan metodun yenə də işə yarayacağına və Serj Sarkisyan və Robert Koçaryanı alçaldaraq Gümrüdə qalib gələcəyinə inanır.