Gənclərin məşğulluq problemi həllini tapmalıdır- ÖZƏL
10:33 Siyasət"Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası sədrinin müavini Rafiq Daşdəmirli deyib: "Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər hələ də yetərincə deyildir. Azərbaycan gəncliyi bu gün məşğulluq məsələsi ilə bağlı çətin bir durum yaşamaqdadır. Bu gün gənc ailələrin boşanma reytinqi ən ağır durumdadır. Ölkə gəncliyi iş tapa bilmədiyindən məcburən ölkəni tərk etməyə daha çox rəvac verir".