Əmlak Məsələləri Dövlət Xidmətinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Olaylar.az xəbər verir ki, əsasnaməyə edilən əlavəyə əsasən, üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi çərçivəsində əmlakın satılmasına, icarəyə və ya idarəetməyə verilməsinədək əmlaka qulluqla əlaqədar tədbirləri və üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsini təşkil etmək, habelə əmlakın idarə edilməsi ilə bağlı rəy vermək səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31