Qadın Parlamentarilərin Qlobal Konfransı keçiriləcək

Milli Məclisin deputatı Səbinə Xasayeva Parlamentlərarası İttifaqın təşkilatçılığı ilə keçiriləcək Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etmək üçün martın 12-də Meksika Birləşmiş Ştatlarının Mexiko şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, "Gəlin, gender bərabərliyi üçün səfərbər olaq" şüarı ilə keçiriləcək konfransda,"Parlamentdə bərabərliyin təmin edilməsində uğurlu təcrübələr və çətinliklər", " Maneələri aşmaq: Qadınların liderliyinə hörmət",  "Bərabər iştirak və bərabər güc" və digər mövzular ətrafında müzakirələr aparılacaq, qarşılıqlı təcrübə mübadiləsi, gender bərabərliyi, qadınların hüquq və səlahiyyətlərinin genişləndirilməsi üçün strategiyalar barədə müzakirələr aparılacaq.
Səfər martın 17-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31