Milli Məclisin nümayəndə heyəti Bişkeşə səfər edəcəklər

Milli Məclisin Səhiyyə komitəsinin sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov, millət vəkili, komissiyanın üzvü Heydər Əsədov, Milli Məclis Aparatının məsul əməkdaşları və TÜRKPA Katibliyinin əməkdaşları TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının onuncu iclasında iştirak etmək üçün Qırğız Respublikasının Bişkek şəhərinə səfər edəcəklər.
Komissiyanın iclasında "Dayanıqlı İnkişaf Məqsədləri kontekstində TÜRKPA üzv dövlətlərinin ekoloji davamlılıq və yaşıl dünya sahəsində əməkdaşlığı" mövzusunda hesabat məruzəsi dinləniləcək, mövzuya dair tövsiyə qərarı qəbul olunacaq, "Ekoloji təhsil və maarifləndirmə haqqında" Model Qanun layihəsinə, "Kurortlar, sahilyanı sağlamlıq və təbii müalicə yerləri haqqında" Model Qanun layihəsinin işlənib hazırlanmasına, həmçinin gündəliyin digər məsələlərinə baxılacaq. Komissiyanın sədri Əhliman Əmiraslanov və üzvü Heydər Əsədov tədbir çərçivəsində "Ətraf mühitin mühafizəsi: yeni çağırışlar " mövzusunda seminarda iştirak edəcəklər. Daha sonra komissiyanın növbəti iclasının tarixi, yeri və mövzusu müəyyən ediləcək. Daha sonra komissiyanın növbəti iclasının tarixi, yeri və mövzusu müəyyən ediləcək. Nümayəndə heyəti səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək.
Səfər martın 15-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31