TÜRKPA-nın komissiya iclası keçirilib

Martın 11-də Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Heydər Əsədov TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyanın onuncu iclasında iştirak etmək üçün Qırğız Respublikasının Bişkek şəhərinə səfər edəcəklər. Xatırladırıq ki, Əhliman Əmiraslanov adıçəkilən komissiyanın sədri, Heydər Əsədov isə üzvüdür.
 İclasda "TÜRKPA üzv dövlətlərin Dayanıqlı İnkişaf Məqsədləri kontekstində ekoloji davamlılıq və yaşıl dünya sahəsində əməkdaşlığı" mövzusunda hesabat məruzəsi dinləniləcək, " Ekoloji təhsil və maarifləndirmə haqqında " və " Kurortlar, sahilyanı sağlamlıq və təbii müalicə yerləri haqqında"  Model Qanun layihələrinin işlənib hazırlanmasına, həmçinin gündəliyin digər məsələlərinə baxılacaq.  Milli Məclisin deputatları tədbir çərçivəsində "Ətraf mühitin mühafizəsi: yeni çağırışlar " mövzusunda seminarda da iştirak edəcəklər.   
Səfər martın 15-də başa çatacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31