Artıq Suriyada Bəşər Əsəd və onun despot rejimi yoxdur– ÖZƏL

"Suriyada keçid dövrü yaşanır və orada köhnə rejimin qalıqları bir çox bölgələrdə silahlı qiyam qaldırmağa cəhd etdilər. Suriya Silahlı Qüvvələri və onlara safiq olan qüvvələr üsyançılara qarşı rəşadətlə mübarizə apardı. Suriyada silahlı qiyamçıların ələ keçirdikləri bir çox yer azad edilibdir. Şübhəsiz burada üçüncü ölkələrin və digər xarici ölkələrin əli olma ehtimalı çox yüksəkdir". 

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan da bunu vurğulayaraq İran İslam Respublikasını işarə etdi. Buna da İrandan Türkiyəyə qarşı sərt reaksiya gəldi. Hər kəs anlamalıdır ki, artıq Suriyada Bəşər Əsəd və onun despot rejimi yoxdur. Buna görə də rejim qalıqlarının bu cəhdi sadəcə olaraq onların özlərinə zərər verir. Yaxşı olar ki, bölgə Suriyadakı yeni reallığı qəbul etsin".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31