Yüz minlərlə azərbaycanlının öz doğma yurdlarına dönmək haqları niyə tanınmır?- ÖZƏL

"İnsan haqları məsələsi universal prinsip sayılır və bu beynəlxaq hüquqda elə belə də təsbit olunub. Ancaq biz müstəqillik qazanandan üzü bəri guya bunun keşiyində duran beynəlxaq qurumların, özünü azad dünyanın liderləri kimi təqdim edənlərin qaçqınlıq və köçkünlüklə üzləşən yüz minlərlə azərbaycanlının pozulan haqlarına necə biganə yanaşdıqlarını, nə cür ayrı-seçkiliyə yol verdiklərini çox gördük".  "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkün-"anşluss"un və nasizmin nə olduğunu, "miautsum"çuların kimin yolu ilə getdiklərini  yaxşı bilən bu avstriyalı hüquqşünasın  həmən o yüz minlərin evlərini yağmalatdıran, yurdlarını dağıtdıran, terrorçuluqda, soyqırımında, başqa hərbi cinayətlər törətməkdə ittiham olunanların azadlığa buraxılmaları çağırışı göstərir ki, səlibçi zehniyyətinə dayanan bu siyasət  hələ də davam etməkdədir. Azərbaycan qanunlarına tabe olmaq  istəmədiklərindən Qarabağdan çıxıb gedənlərin hər hansı şərt irəli sürmədən geriyə dönmələrini təmin etməyə çağıranlar etnik təmizləmə ilə üzləşən yüz minlərlə azərbaycanlının indi Ermənistan adlandırılan yerə, öz doğma yurdlarına dönmək haqlarını nədən tanımaq istəmirlər?  Bizi öz sivilizasiyalarından saymadıqları üçünmü? 
Ona görə də mən tam məsuliyyətlə bildirirəm ki, əgər insan haqlarının təminindən söhbət gedirsə, yüz minlərlə insanın öz yurdlarına dönmələrinə şans yaratmaqla  son dörd ildə heç bir dövlət burada Azərbaycan qədər töhfə verməyib. Beynəlxalq müstəvidə  insan haqları deyib bağıranların qaldırdıqları səs-küy isə sadəcə bəlli məqsədlərə xidmət edən şoudur. Onları  sənin haqlı olub-olmaman yox, sövdələşmə, əlindəki kartın maraqlandırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31