YAP Binəqədi rayon təşkilatının yaradılmasının 32-ci ildönümü qeyd edilib- ÖZƏL
10 Mart 2025 13:01 SiyasətYeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 32-ci ildönümü və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Kamaləddin Qafarov məlumat verib: "Tədbirdən öncə ulu öndərin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi ziyarət olunub.Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanımızın müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək ən uca zirvə - şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında ümummilli lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi ilə ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mühüm uğurlar qazandığını diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyasdı İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov nitq söyləyərək xalqımızın yaxın keçmişini unutmadığını və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin düşdüyü çox ağır vəziyyətdən nicat tapdığını vurğulayıb. Millət vəkili Azay Quliyev Yeni Azərbaycan Partiyasının təsis olunmasından, həmçinin ümummilli lider Heydər Əliyevin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının ilk iclaslarında bəhs edib.
Tədbirdə yekun nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov tədbir iştirakçılarını salamlayaraq əlamətdar günlər münasibəti ilə təbrik edib. Partiya sıralarına yeni üzv qəbul edilən şəxslərə üzvlük vəsiqələri təqdim edilib. Tədbir bədii hissə ilə davam etdirilib. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib".