Milli birliyin bariz nümunəsi- ÖZƏL
10 Mart 2025 11:45 Siyasət"Prezident Administrasiyası siyasi partiyalarla işlə bağlı son günlərdə daha bir uğurlu addım atdı". "Olaylar" xəbər verir ki, bunu Milli Məslisin deputatı Musa Qasımlı deyib: "Siyasi partiya, qeyri-hökumət təşkilatları və media nümayəndələrinin Xankəndi, Xocalı və Əsgərana səfərlərinin təşkil edilməsi ölkəmizdə təkcə müxtəlif yönümlü çoxlu siyasi partiyaların mövcud olmasını deyil, eyni zamanda onlara göstərilən dövlət qayğısını, demokratik inkişafı və ümummilli maraqlar məsələsində bir masa araxasında oturub fikir mübadiləsi aparmaq mədəniyyətini göstərir. Siyasi partiyalar arasında dialoq mədəniyyətinin qurulması birdən-birə olmayıb, bundan ötrü xeyli zəhmət çəkilib. Zəhmət də öz bəhrəsini verir. Özünü millətdən ayrı tutan bütün təşkilatları isə millət çoxdan tarixin zibilliyinə atıb. Məqsədlərimizə çatmağımızın təməlində milli birliyimiz dayanır".