Trampın müttəfiqləri ilə münaqişəsi Çinin güclənməsinə səbəb ola bilər - ÖZƏL
10 Mart 2025 10:39 SiyasətABŞ prezidenti Donald Trampın öz müttəfiqləri ilə münaqişəsi və onun apardığı siyasət Çinin beynəlxalq arenada mövqeyinin güclənməsinə səbəb ola bilər. Olaylar.az xəbər verir ki, bu fikri Avstraliyanın sabiq baş naziri Malkolm Ternbull irəli sürüb.
Ternbullun sözlərinə görə, Çin lideri Si Cinpin Trampın əksinə olaraq daha etibarlı və cəlbedici tərəfdaş kimi görünməyə çalışacaq.
"Bir çox ölkə Çinə və Trampa baxacaq və gələcəyini Çinlə əməkdaşlıqda görəcək", - deyə Ternbull qeyd edib.
Bundan əvvəl Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri Aleksandr Yakovenko bildirmişdi ki, Trampın ABŞ və Avropada liberal gündəmə qarşı mübarizəsi Avropada Rusiyaya qarşı düşmən münasibətdə olan elitaların dəyişməsinə səbəb ola bilər. Yakovenkonun fikrincə, bu dəyişikliklər olmasa, Moskva ilə münasibətlərin normallaşması mümkün deyil.
Zeynəb Mustafazadə