Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş "müşahidəçilər"inin fəallığı səngimək bilmir.
Bununla bağlı Trend-ə yeni görüntülər daxil olub.
Aİ-yə məxsus iki ədəd "Toyota" markalı avtomobildə "müşahidəçilər" erməni hərbçilərinin müşaiyəti ilə Ermənistan-Azərbaycan sərhədinə yaxınlaşaraq, Laçın istiqamətində ərazilərimizi izləməyə başlayıblar.
"Müşahidəçilər"in fəaliyyəti Dövlət Sərhəd Xidmətinin hərbçilərinin gözündən yayınmayıb. Onların bizim ərazilərimizi izlədiyi kimi, bizim hərbçilər də onların fəaliyyətlərini diqqətlə izləyirlər.