Tramp hərbi xərcləri ancaq öz ölkəsinə çəkmək istəyir- Turab Rzayev - ÖZƏL

ABŞ  Prezidenti Donald Trampın Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışması son dövrlərdə beynəlxalq siyasətdə diqqət çəkən mövzulardan biridir. Tramp administrasiyası, sələflərinin transatlantik münasibətləri gücləndirmək siyasətindən fərqli olaraq, ABŞ-nin Ukrayna ilə bağlı strategiyasını dəyişdirərək  Rusiya ilə əlaqələri normallaşdırmağa çalışır. 

Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edir ki, Tramp hərbi xərcləri ancaq öz ölkəsinə çəkmək istəyir:

"Düşünürəm, burada iki əsas fərqli məqam var. Birincisi, ondan ibarətdir ki, Tramp və bəzi respublikaçı partiya nümayəndələri Rusiyanı düşmən olaraq görmürlər. Hər nə qədər qarşıdurmalar olsa da, Rusiyanı bəzən rəqib kimi görsələr də Rusiya xristian mədəniyyətinin, qərb mədəniyyətinin bir hissəsidir. İkincisi   Amerika Birləşmiş Ştatlarının  respublikaçı partiyada əsas mövqelərdən biri budur ki , onlar  Rusiyanın Çinə yaxınlaşmağını istəmirlər. Çünki demokratların Rusiyanı həddən artıq sıxması,  ona qarşı sanksiyalar, hərbi, siyasi, iqtisadi istiqamətdə sıxışdırma sonda Rusiyanı Çinə yaxınlaşdıra bilər və Çin daha çox Rusiyanın resurslarından istifadə edib, hərbi və siyasi cəhətdən özündən asılı edə bilər. 
Şarl De Qollun məşhur ifadəsi var:  "Rusiyanı özündən itələməkdənsə, qucağına alıb boğmaq daha yaxşıdır".
Yəni faktiki olaraq SSRİ dağıldığı dövrdə də  ABŞ-nin münasibəti eyni idi. Düşünürəm ki,  Rusiyaya təsir göstərməkdənsə Rusiya ilə münasibətlərin daha da yaxşılaşdırılması lazımdır. Bu məsələdə demokratçıların mövqeyi fərqlənir. Tramp düşünür ki,  Ukrayna müharibəsinin uzanması ABŞ-a heç nə verməyəcək. Ukraynanın bu müharibədə qalib gəlmə ehtimalı da çox aşağıdır, amma Rusiyanın daha da kənara itələyib, nüvə silahına yönəldə bilər. Bu da qlobal müharibəyə səbəb olar. Eyni zamanda  bayaq dediyim kimi Rusiyanı Çinə yaxınlaşdırar.  Tramp müharibə əleyhdarıdır. Əvvəlki hakimiyyəti dövründə də İraqdan, Suriyadan və digər ölkələrdən ABŞ kontingentinin  çıxarılması ilə bağlı müraciət etmişdi. İndi  Almaniyadan  ABŞ kontingentini  çıxara biləcəyini düşünür. Tramp istəyir ki,  hərbi xərcləri ancaq öz ölkəsinə çəksin. Tramp gələcəyi görür,  düşünür ki, 100 milyon vəsait xərclənib və  nəticə ortada yoxdur. Həm vəsait xərcləmək istəmir, həm də müharibəni uğursuz layihə kimi görür". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31