"ASAN xidmət"in Pakistanda tətbiqi müzakirə olunub
3 Mart 16:52 SiyasətAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə Pakistan İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin arasında görüş keçirilib.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin "ASAN xidmət" mərkəzinə ziyarətinin davamı olaraq həyata keçirilən görüş zamanı tərəflər arasında "ASAN xidmət" modelinin Pakistana ixrac olunmasına dair müzakirələr aparılıb. Səfir öz növbəsində bu modelin onda yüksək təəssürat yaratdığını və bu təcrübənin Pakistanda tətbiq olunmasına dair əməli fəaliyyətin həyata keçirilməsinə hazır olduqlarını bildirib, habelə bu istiqamətdə ikitərəfli sazişin yaxın zaman ərzində imzalanmasını təklif edib.