Trampın siyasəti onun partiyasının Kongres seçkilərində məğlub olmasına səbəb olacaq- ÖZƏL

"ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask ABŞ-ın NATO-dan çıxması ideyasını dəstəklədiyini qeyd edib. D.Tramp İ. Maskin mövqeyini dəstəkləyəcəyi şübhəsizdi. Əgər, ABŞ NATO -dan çıxarsa,  bu, alyansın zəifləməsinə və V. Putinin strateji planınına xidmət kimi dəyərləndirilə bilər". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Ümumiyyətlə, NATO beynəlxalq münasibətlər müstəvisində bir qurum kimi de-fakto fəaliyyətsizdi. Alyansın əsas əsgəri gücü ABŞ və Türkiyəyə məxsusdur. ABŞ-ın  bu təşkilatdan çıxması, Alyans daxilində Böyük Britaniya və Türkiyə tandemini güclənməsinə gətirib çıxara bilər. D. Tramp fəaliyyətininin yüz günündə  xalqa hesabatlılığı onun prezident kimi uğurlu bir siyasi planın olmadığı aydın olacaq. Bir müddətdən sonra, D.Tramp verilən qərarların onun prezident kimi reytinqinə mənfi təsir edəcəyi mümkündür. D.Trampın davam etdirdiyi siyasəti onun partiyasının Kongres seçkilərində məğlub olmasına səbəb olacaq.

D.Tramp həm beynəlxalq müstəvidə, həm də daxildə mənfi imici formalaşıb. ABŞ prezidentinə dəstək verən Rusiya prezidenti V. Putin və İsrailin baş naziri B. Netanyahudur. Hər iki şəxsdə hərbi cinayətlər həyata keçirib. Və beynəlxalq məhkəmə tərəfindən həbs edilməsi üçün order verilib. ABŞ administrasiyası beynəlxalq siyasi nizamı demontaj etməklə, öz daxili siyasətində ciddi strateji səhvlər edir. Əgər, təkcə beynəlxalq nizamı pozurdusa, hazırda daxildə dövlətin milli təhlükəsizliyini də təhdid edir. ABŞ kəşfiyyat Mərkəzi, Dövlət Departamenti və Pentaqonda ixtisarlar daxildə D. Trampa qarşı etiraz dalğasını formalaşdıracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31