Ukraynaya hansı şərtlə təhlükəsizlik təminatı verilə bilər?- ÖZƏL
28 Fevral 2025 16:34 Siyasət"Bu gün Ukraynanın malik olduğu resurslar müdafiə, yüksək texnologiya, aerokosmik və yaşıl enerji kimi sənayelər üçün vacib hesab olunur. Perspektivdə isə yaşıl iqtisadiyyata keçiddə elektrikli nəqliyyat vasitələrinə və bərpa olunan enerji texnologiyalarına keçid nəticəsində bu resurslara qlobal tələbatın kəskin artacağını nəzərə alsaq, o zaman mənzərə tam aydın olar". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Digər məqam isə ondan ibarətdir ki, ABŞ prezidenti Tramp bu günlərdə imzalanacaq sazişin dəyəri 1 trilyon dollaradək qalxa biləcəyini də istisna etməyib. Belə bir həcmdə, hətta 500 milyard həcmində olsa belə, saziş öz-özlüyündə Ukraynanın iqtisadi maraqları adı altında təhlükəsizliyinin təminatı deməkdir. Çünki heç bir investor və ya dövlət böyük həcmdə sərmayəsinin təhlükəsizliyini təmin etmədən hər hansı bir ölkəyə investisiya yatırmaz".