Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük quruculuq işləri qürur mənbəyidir- ÖZƏL

"Qlobal gərginliklər və çağırışlar fonunda ölkəmizin əldə etdiyi nailiyyətlər, daim güclənən ordumuz, öz bilik, bacarıq və vəsaitimiz hesabına yenilənən müdafiə sənayemiz, Qarabağ və Şərqi Zəngəzurdə aparılan böyük quruculuq işləri hər birimiz üçün böyük qürur mənbəyidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov deyib: "Ancaq biz yaxşı bilirik ki, qarşıdakı illərdə də dünyanın sınaqları davam edəcək. Lakin əminik ki, milli həmrəyliyimiz, İlham Əliyevin strateji vizyonu və qətiyyəti hesabına Azərbaycan bütün sınaqlardan uğurla, hətta da daha güclü çıxacaq. Beynəlxalq aləmdə söz sahibi olan, öz milli maraqlarını qətiyyətlə qoruyan və hörmət edilən bir dövlət olaraq yolumuza davam edəcəyik.
Bu yolda hər bir Azərbaycanlının üzərinə məsuliyyət düşür. Keçmişimizi düzgün qiymətləndirmək, ailə dəyərlərinə sahib çıxmağa davam etmək, gənclərimizin Azərbaycançılıq ideologiyası əsasında tərbiyə etmək, hansı ölkədə, işdə və vəzifədə çalışmağımızdan asılı olmayaraq milli maraqlarımızın qorunmasına töhfə vermək və ən böyük uğurlarımızdan biri olan milli həmrəylimizi qorumaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31