2025-ci ilin Azərbaycanda Konstitusiya və Suverenlik İli elan edilməsi adi bir qərar deyil- ÖZƏL
16:20 Siyasət"Həqiqətin manipulyasiya edildiyi, doğru ilə yanlışın sərhədlərinin süni şəkildə pozulduğu bir zamanda, Azərbaycan milli maraqlar və praqmatizm üzərində qurulmuş siyasəti ilə seçilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov deyib: "Məhz belə bir dövrdə 2025-ci ilin Azərbaycanda Konstitusiya və Suverenlik İli elan edilməsi adi bir qərar deyil. Bu, Azərbaycan xalqının öz dövlətçiliyinə, Konstitusiyasına və müstəqilliyinə sarsılmaz sədaqətinin ifadəsidir. Bu, Azərbaycan dövlətinin gələcək yolunu müəyyən edən strateji yanaşmadır. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prinsipial siyasətin məntiqi davamıdır.
Bu gün Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə təkcə regional deyil, qlobal proseslərdə də nüfuz sahibi olan bir dövlətdir. İlham Əliyev göstərir ki, biz süni çağırışlara, müasir dövrün təhdidlərinə emosiyalarla yox, praqmatik siyasət və dəqiq hesablanmış addımlarla cavab veririk. Bu gün İlham Əliyev Azərbaycanın sabitliyi, gələcəyi və tərəqqəsi üçün təkcə doğru deyil, ondan da çətin olan lazımi addımları atır".