Pakistanla Azərbaycan arasında hərbi sahədə ımıkdaşlıq yüksələn xətt üzrə inkişaf edir- ÖZƏL
16:17 Siyasət"Bu gün Pakistanla Azərbaycan arasında iqtisadi, mədəni, enerji, hərbi və hərbi sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Hər iki qardaş ölkənin prezidentlərinin imzaladığı anlaşma memorandumları və sazişlər gələcəkdə çox yaxşı dividendlərə şərait yaradacaq. Mətbuta verdiyi bəyanatda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif bildirib ki, SOCAR və pakistanlı həmkarları sıxılmış maye qaz razılaşmasını əlavə 2 il müddətinə uzatdılar. Ticarət şirkəti yaradılıb və əlbəttə ki, bu gün bir çox başqa əlamətdar anlaşma memorandumları və sazişlər imzalandı. Mən Sizin müstəsna dəstəyinizə görə minnətdaram. Sizinlə tamamilə razıyam ki, Pakistan ilə Azərbaycan arasında strateji müdafiə sahəsində gözəl əlaqələrimizin daha yüksək səviyyəyə qaldırılmasının vaxtı çatıb. Bizim müdafiə sahəsində birgə istehsal potensialımız olmalıdır. Bu, hər iki tərəfin öhdəliyinə düşür və aprel ayında Azərbaycan nümayəndə heyəti Pakistana səfər edəndə bu məsələ nümayəndə heyətinin gündəliyində başlıca prioritet təşkil edəcək. Biz bununla əlaqədar ciddi və səmimi müzakirələr və danışıqlar aparmağa hazır olacağıq".