Çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazaları möhkəmləndiriləcək - SƏRƏNCAM
15:15 SiyasətPrezident İlham Əliyev çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Olaylar.az xəbər verir ki, Sərəncama əsasən, 9.940,0 (doqquz milyon doqquz yüz qırx) min manatı bu Sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər və rayon icra hakimiyyətlərinə ayrılır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair Siyahı ilə linkə keçid edərək tanış olmaq olar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31