Sumqayıt hadisələri böyük planların tərkib hissəsi olub- ÖZƏL

"Ermənistan Xarici İşlər Nazirliyi Sumqayıt hadisələri ilə bağlı bəyanat verib. Haylar öz ənənələrinə sadiq qalaraq bu bəyanatda saxtakarlıqlarını davam etdirərək günahkar Azərbaycanı hesab ediblər. Onların məqsədi Sumqayıt hadisələrinin əsl mahiyyətini yanlış istiqamətə yönəltməkdir".Olaylar xəbər verir ki, bunu siyasi şərhçi Əkrəm Bəydəmirli deyib:
"Həmin proseslərə aydınlıq gətirmək üçün bəzi məqamlara yenidən nəzər salaq. Geniş anlamda götürsək Sumqayıt hadisələri böyük planların tərkib hissəsi olub.
1988-ci ildə təcavüzlə üzləşən Azərbaycanı təzyiq altında saxlamaq və azərbaycanlıları vəhşi xalq kimi dünyada tanıtmaq, nüfuzdan salmaq üçün ermənilər belə qondarma planlarını həyata keçiriblər. Digər tərəfdən azərbaycanlılarla birgə yaşayışın mümkünsüzlüyünü yerli və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün belə addımlar atıblar. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinə bəraət qazandırmaq üçün belə çirkin planların gerçəkləşdirilməsi şübhə doğurmur.
Sumqayıt hadisələrinin törədilməsi və həmin hadisələrin birbaşa icraçısı Eduard Qriqoryanın və onun dəstə üzvlərinin çox rahat şəkildə yoxa çıxması qaranlıq məqamlardan xəbər verir. O zaman məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən E.Qriqoryan SSRİ dağılandan sonra Ermənistanın həbsxanasına köçürülüb və oradan da dərhal müəmmalı şəkildə azadlığa buraxılıb. Bu da bir daha onu təsdiqləyir ki, Sumqayıt hadisəsi Ermənistan xüsusi xidmət orqanlarının və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin birgə işi idi. İstintaq hərəkətlərində Sumqayıt hadisələrində Qriqoryanın fəal rolu öz əksini tapıb. Bu isə o deməkdir ki, Sumqayıt hadisələri məkrli erməni planının tərkib hissəsi idi.
Sumqayıtın iğtişaş yeri kimi seçilməsi isə ciddi düşünülmüşdü. Bir çox erməni məhkumlar müxtəlif bəhanələrlə azadlığa buraxılmış və məqsədli şəkildə şəhərdə məskunlaşmışdılar.
Hadisələrin sonrakı gedişi göstərdi ki, hər şey məqsədli şəkildə icra edilib. Hadisə ilə əlaqədar cinayət işinin istintaq materiallarından aydın olur ki, hücum edənlər əvvəlcədən müəyyənləşdirilmiş mənzilləri seçiblər. İstintaq materialları, çoxda uzaq olmayan həmin dövrü, hadisələri xatırlayanlar bu gün birmənalı şəkildə təsdiqləyirlər ki, bu hadisələri Ermənistan xüsusi xidmət orqanları törədib. Şəhər əhalisi olan azərbaycanlılar öz humanistliyini göstərərək bəzi erməni ailələrini Eduard Qriqoryanın və onun dəstə üzvlərinindən qoruya bilib.
Bu fikirlər təkrar çıxmasın. Sumqayıt hadisələri, ümumilikdə,  ermənilərin bütün  təxribatıları  hər zaman geniş tədqiq olunmalı və ictimaiyyətə mütəmadi olaraq məlumatlar çatdırılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31