Fransa Senatında Qarabağla bağlı konfransın keçirilməsində Paşinyanın rolu var- ÖZƏL

"Fransa Senatında Azərbaycana qarşı "erməni xalqı və onun Qarabağa qayıtmaq hüququ" adlı konfrans keçirilib. N. Paşinyanın Fransaya səfəri çərçivəsində belə bir konfransın keçirilməsi təsadüfi deyil". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini,  siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Ermənistan Baş naziri rəsmən Qarabağı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə qeyd edib. Ötən gün yazdığı məqalədə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini birdaha vurğulayıb. Amma, Fransada olduğu bir vaxtda senatda belə bir konfransın keçirilməsi birbaşa siyasi təxribatdır. N. Paşinyan Qarabağla bağlı istənilən konfransın sülh prosesinə zərbə vurduğunu deyə bilərdi. Həmçinin Senatda bu konfransın təxirə salınmasını nail ola bilərdi.  
Ermənistan baş naziri Fransanın sülhü pozma missiyasına etiraz etmir, ya da etiraz etmək istəmir. N. Paşinyanın belə bir konfransın  Azərbaycan tərəfindən sərt şəkildə qəbul ediləcəyini gözəl başa düşür. Görünür, özüdə bu tədbiri təzyiq aləti kimi istifadə etməyi planlaşdırır. 
Ermənistan Baş naziri deyir ki, Konustitusiyanı dəyişmədən sülh müqaviləsinə imza ataq. Sülh müqaviləsi imzalanarsa, Ermənistan qanunvericiliyində Qarabağla bağlı müddəalar qalmaqda olacaq. Bununla da beynəlxalq müstəvidə belə bir tədbirlər keçiriləcək. 
Göründüyü kimi, Azərbaycan Ermənistan konustitusiyanın və qanunvericilik aktlarının Qarabağla bağlı bəndlərin dəyişməsində haqlıdır. Fransa Senatında Qarabağla bağlı konfransın keçirilməsində birbaşa N. Paşinyanın rolu var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31