Prezident Anar Əliyevi nazir təyin etdi
7 Fevral 2025 15:42 SiyasətAnar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Olaylar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Digər Sərəncamla A.Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezidentin fevralın 6-da imzaladığı Sərəncamla maliyyə naziri vəzifəsinə təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31