Tramp ona kimin daha çox dəstək verdiyini unutmayacaq - ÖZƏL

"Ermənistanın Amerika Birləşmiş Ştatların yeni administrasiyası ilə təmaslar qurması və münasibətləri daha da inkişaf etdirməyə çalışması başa düşüləndir". 

Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

"Hazırkı hakimiyyət və administrasiyaya   Bayden adminstrasiyasından daha yaxşı münasibətləri var idi və Bayden adminstrasiyasını dəstəkləyirdi. Hətta daha dəqiq desək, seçki öncəsi və seçki zamanı Azərbaycan və Ermənistan arasında bu məsələdə bir rəqabət yarandı. Azərbaycan daha çox Trampı dəstəklədiyi halda, Ermənistan Baydeni dəstəkləyirdi və nəticədə Tramp qələbə qazandı. Ermənistan indi bunun onların əleyhinə ola biləcəyini düşünür. Amma əslində Tramp hakimiyyətə gələn kimi Bayden dövründəki bir çox sərəncamları və verilən qərarları ləğv etdi. İndi ermənilərin əsas qorxularından biri Ermənistan-Amerika arasında imzalanan strateji tərəfdaşlıq sazişinin ləğv edilməsi məsələsidir. Amma bunun olacağını düşünmürəm. Ermənistanın narahatlığı var, amma bu narahatlığın ümumi mənada onların maraqlarına zidd olması o qədər də real deyil. Təbii olaraq Ermənistan tərəfi narahat olacaqdır və düşünürlər ki, Azərbaycan bundan istifadə edəcəkdir. İndi Cənubi Qafqaz siyasəti ilə bağlı Trampın necə bir addım atacağı hələlik məlum deyil. Bu baxımdan da, ermənilər Azərbaycanı qabaqlamağa çalışırlar. Hər halda, Tramp bu tip məsələlərə diqqət edən birisidir və burada ona kimin daha çox dəstək verdiyini unutmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31