Azərbaycanda sabitliyi süni şəkildə pozmaq üçün heç bir əsas yoxdur - ÖZƏL

"Azərbaycanın daxilində ictimai, siyasi sabitliyi pozmaq istəyən qüvvələr birmənalı şəkildə xaricə bağlı qüvvələrdir". 
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Bunlar əsasən xaricdə oturublar və ölkə içində qarışıqlıq yaratmağa çalışırlar. İkincisi də, həmin qüvvələrin imkanlarından istifadə edib Azərbaycanın içində oturaraq qarışıqlığa sövq edən kəsim var. Amma sevindirici haldır ki, həm xaricdəki, həm də daxildəki qüvvələrin sayı, təsir imkanları o qədər də böyük deyil. Yəni  Azərbaycan ictimaiyyəti onların arxasınca getmir. Dövlət də, cəmiyyətimiz də, bütövlükdə xalqımız sabitliyin qiymətini, dəyərini bilir. Ona görə də onların istədikləri baş tutmur. Yəni bu qüvvələr boşuna özlərini yorurlar. Azərbaycanda süni şəkildə sabitliyi pozmaq üçün heç bir əsas yoxdur, ola da bilməz. Təəssüflər olsun ki, həmin qüvvələri qızışdıran, körükləndirən də bax bu günlərdə ətrafında dünyada artıq müzakirələr gedən USAID adlı ABŞ Beynəlxalq İnkişaf Agentliyidir. Bu cür qurumlar böyük pullar xərcləyərək başqa-başqa ölkələrin içində sabitliyi pozmağa cəhd göstərirlər. Mən düşünürəm ki, Azərbaycan dövləti hər halda sabit bir məcrada, bu məsələlərin qarşısını kifayət qədər uğurla alır, bundan sonra da alacaq. Ən sevindirici tərəfi də odur ki, Azərbaycan xalqı bu cür təxribatlara uymur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31