Aktau faciəsi: məsuliyyəti Rusiyanın hərbi-siyasi rəhbərliyi daşıyır
12:59 Siyasət
"Bakıdan Qroznıya uçan sərnişin təyyarimizi vuran əlbəttə ki Rusiyadır".
Bu fikirləri Turan Araşdırma Mərkəzi İB-nin sədri Cavid İsmayıl öz sosial media hesabında yazıb. Onun sözlərinə görə, ilkin olaraq təyyarəmizin vurulmasında bütün məsuliyyətin Rusiyanın hərbi hakimiyyətində olduğu fonu yaransa da, Rusiya hakimiyyətinin israrla bu cinayəti ört-basdır cəhdlərinin aparılması bir daha onu əsaslı olaraq sübut edir ki, bu cinayətdə məsuliyyəti Rusiyanın hərbi-siyasi rəhbərliyi daşıyır.
Xatırladaq ki, ötən il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Aktauda qəzaya uğrayıb. Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31