İlham Əliyevin prezidentlik dövrü Azərbaycanın tarixinə inkişaf salnaməsi kimi həkk olunub- ÖZƏL

Fevralın 7-də İlham Əliyevin xalqın etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilməsinin birinci ili tamam olur. "Olaylar"ın məlumatına görə, Milli Məclisin deputatı Mübariz Qurbanlı qeyd edib ki, Zəfər seçkisi təsdiqləmişdir ki, Azərbaycan xalqı yeni dövrdə də qarşıda duran məqsədləri məhz İlham Əliyevin rəhbərliyi ilə reallaşdırmaq əzmindədir: "Təsadüfi deyil ki, cənab İlham Əliyevin yeni müddətə prezidentlik səlahiyyətlərinin ilk ili çoxsaylı uğurlarla əlamətdardır. Lakin bu barədə söz açmazdan əvvəl qeyd etmək yerinə düşər ki, Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan inkişaf strategiyasını siyasətinin ana xəttinə çevirən, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lider kimi cənab İlham Əliyev hər bir prezidentlik dövrü Azərbaycanın tarixinə inkişaf salnaməsi kimi həkk olunub. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin bütün illərində ölkəmizin tərəqqisini təmin edib, ona dünyada böyük nüfuz qazandırıb. Cənab Prezidentin apardığı məqsədyönlü siyasət xalqımıza müstəqillik tarixinin ən uğurlu illərini yaşatmaqla, Azərbaycanı bütün sahələrdə regionun aparıcı dövlətinə çevirib. Bu siyasətin nəticəsi olaraq torpaqlarımızın işğaldan azad edilməsi hər bir azərbaycanlının qürur mənbəyidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31