Strateji yanaşmalar ölkənin gələcək nəqliyyat siyasətinin formalaşmasında əsaslı rol oynayacaq- ÖZƏL

"Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən qurulub. Dörd yeni hava limanı - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan hava limanları isə inşa edilib. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir". "Olaylar" xəbər verir ki, bunu YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib: "Hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyəti illik 5 milyon tona çatsa da, bu, son hədəf deyildir. Həmçinin, Ermənistanın bu layihədən kənarda qalmasından narahat olan dairələrin də arzuları elə ürəklərindəcə qalaraq tarixə qovuşmuşdur. Bu, ilk növbədə, Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyətli mövqeyi sayəsində mümkün olmuşdur.

Prezident İlham Əliyev rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə təklif olunan strateji hədəflərin icrası nəqliyyat sisteminin səmərəliliyini artıracaq. Tranzit dəhlizlərinin inkişafı ölkənin beynəlxalq mövqeyini möhkəmləndirəcək. Eyni zamanda, müasir texnologiyaların tətbiqi və "yaşıl nəqliyyat" təşəbbüslərinin genişləndirilməsi ilə ekoloji davamlılıq təmin ediləcək. Regionlararası əlaqələrin inkişafı və inteqrasiya olunmuş sistemin qurulması ölkənin nəqliyyat sahəsində yeni perspektivlər açacaq. Bu təşəbbüslərin icrası yalnız nəqliyyat sisteminin inkişafına deyil, həm də iqtisadi və sosial tərəqqiyə mühüm töhfə verəcək. Nəticədə, irəli sürülən strateji yanaşmalar ölkənin gələcək nəqliyyat siyasətinin formalaşmasında əsaslı rol oynayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31