Erməni lobbiçiliyinin yeni təbliğat dalğası – ÖZƏL
11:28 SiyasətTürkiyənin keçmiş millət vəkili, HDP üzvü və erməni əsilli siyasətçi Garo Paylanın YouTube kanalında yayımlanan son çıxışı yenidən müzakirələrə səbəb olub. Paylan hər zamankı kimi, saxta tarixi narrativlər əsasında çıxış edərək Türkiyə və Azərbaycanı hədəf alıb. O, Ermənistanın regionda mövqeyindən danışsa da, eyni zamanda Azərbaycan və Türkiyəni "düşmən dövlət" adlandıraraq ziddiyyətli fikirlər səsləndirib. Bu tip açıqlamalar erməni lobbiçiliyinin regiondakı sabitliyə qarşı apardığı uzunmüddətli təbliğatın bir hissəsi kimi qiymətləndirilir.
"Garo Paylan savadlı təhsil işçisi, millət vəkili olmasına baxmayaraq bütün ermənilər kimi saxta tarixə inanıb və o tarixlə davam edir".
Bu fikirləri siyasi şərhçi Ramiyə Məmmədova Olaylar.az-a açıqlamasında bildirib:
"Garo Paylan da hər bir erməni kimi saxta bir tarixə inanıb və o saxta tarixlə də gedir və təbii ki, o ideologiyanı da inkişaf etdirir. Baxmayaraq ki, bu insan savadlı təhsil işçisi, deputat olub. Ancaq biz bilirik ki, o qalmaqallı deputatlardan biri olub. Çünki o həm xristian, həm də erməni əsilli HDP-nin kürd partiyasının millət vəkili olub və son millət vəkili olduğu dövrlərdə də bu cür Türkiyəyə qarşı da çıxışlar edib. Türkiyənin ermənilərə qarşı soyqırımı məsələsini qabardıb. MHP, AKP və CHP-dən olan millət vəkilləri də buna bir çox etirazlar ediblər. Buna baxmayaraq demək lazımdır ki, Garo Paylan çıxışları özündə də bir anormal fikirlər səsləndirir. Bir tərəfdən Ermənistanın regionda inkişafından danışır, ikinci bir tərəfdən də Azərbaycan və Türkiyəyə "düşmən dövlətlər" fikrini səsləndirib, yəni bir birinə əks verən fikirlərdir".
Siyasi şərhçi bildirib ki, Garo Paylan və onun kimi şəxslər erməni lobbisi tərəfindən dəstəklənir və Türkiyənin, Azərbaycanın nüfuzuna xələl gətirməklə məşğuldur.
"Bu cür insanlar dünya erməni lobbisi tərəfindən belə dəstəklənir və maliyyələşdirir. Maliyyələşdirməkdən də başqa böyük imtiyazlar verilib. Yəni Türkiyə dövlətində millət vəkili olması qədər və bugünkü gündə millət vəkilinin maaşını və pensiyasını yeyərək Türkiyənin içində ola-ola Türkiyənin tərəfdaşı olan Azərbaycana və Türkiyənin daxilində olan məsələlərə və Türkiyənin özünün xarici siyasətdə olan nüfuzuna xələl gətirməklə məşğuldur. Bu tək Azərbaycana qarşı belə deyil, Türkiyənin özünün də böyük bir problemidir. Çünki Türkiyənin içində oturub Türkiyəyə düşmənçilik edən insanları bugünkü gündə öz Millət Məclisinə də buraxıb və bir türk vətəndaşı olaraq ona qarşı hələ heç bir ciddi tədbir görülmür. Bu təbii ki, bir az Türkiyədəki qanunların boşluğundan da irəli gəlir. Azərbaycan tək Garo Paylan üçün deyil, bütün ermənilərin ağlında bir düşmən dövlətdir. Garo Paylan kimi insanlar və onun arxasında duran o fikirlərlə gedən Türkiyədəki insanlarla birbaşa mübarizə aparmaq lazımdır. Yəni Garo Paylan tək deyil. Onun arxasında da bir qüvvələr var ki, o qüvvələr bu gün Garo Paylanı həmin Youtube kanalında danışdırırlar və demək ki, bu qüvvələr, baxmayaraq ki, qardaş dövlətin içindədir ancaq Azərbaycana qarşı yönələn qüvvələrdəndir".
Müsahibimiz qeyd edib ki, Ermənistan, onun havadarları Azərbaycan və tərəfdaşlarının rifahından narahatdırlar.
"O ki qaldı Vətən müharibəsinə, 30 il müddətində hamı bilir ki, Qarabağı, Azərbaycan torpağını Ermənistan işğal edib və Ermənistanı dəstəkləyən Qərb və digər dövlətlər- Fransa, Amerika, hansılar ki, Ermənistanı tamamilə silahlandırırlar, Azərbaycanın, onun tərəfdaşlarının rifahından narahatdılar. Bunu da başa düşə bilmirlər ki, Azərbaycan öz qüvvələri ilə torpaqları geri alıbsa, yəqin ki, öz torpaqlarını sakitcə geri vermək niyyətində deyil. Yəni bu insanlar Ermənistanın rifahı, Ermənistanın gələcək varlığı üçün deyil, əslində Ermənistanın çöküşü üçün çalışırlar. Çünki fikirləşmirlər ki, onların belə çıxışları nəticə etibarilə, sonra Ermənistanın sonunu gətirib çıxarır və erməni xalqına da xələl gətirir".
Səidə Ramazanova