Samanta Pauerin erməni “simpatiyası”, yoxsa..? – ÖZƏL
10:33 Siyasət"Anlaşılan odur ki, Samanta Pauerin nəinki Vardanyanla, hətta bütövlükdə Ermənistanla dostluq münasibəti təsadüfi deyil. Ola bilsin, onun ermənilərə simpatiyası da var, amma onlar arasında hansısa başqa fəaliyyətlərin, əlaqələrin olması da mümkündür".
Bu fikirləri Olaylar.az-a açıqlamasında USAİD-in Azərbaycana qarşı qərəzli mövqeyini şərh edən siyasi ekspert Əli Mustafa deyib:
"İlon Mask da qeyd etdi ki, USAİD çox ciddi qanun pozuntuları ilə məşğul olub. Hətta onu cinayətkar təşkilat elan edib, COVİD19 virusunun yaranmasını maliyyələşdirən təşkilat kimi dəyərləndirdi. Anlaşılan odur ki, USAİD-in cinayətkar əməlləri olub, qanunsuz işləri maliyyələşdirib. Ermənilərin bir çox maliyyə qurumları var ki, onlar həmişə kriminal fəaliyyətlə məşğul ola bilirlər".
Ekspert Vardaynanın USAİD-lə əməkdaşlıq etməsi ehtimalına da toxunub:
"Vardanyanın qara pulların yuyulmasındakı qabiliyyətlərindən çox bəhs olunur. Belə peşəkar adam yəqin ki, USAİD-lə də işbirliyində olub. Ümumiyyətlə, Samanta Pauerin bizə münasibətdə qərəzli olması, ermənilərə ifrat dərəcədə sevgi göstərməsi hamıya bəlli idi. Görünür, bu təşkilatın qanunsuz işləri ABŞ Administrasiyasının da diqqətini cəlb edib. USAİD-in fəaliyyətinin araşdırılması, ciddi yoxlamalardan keçməsindən sonra onun rəhbərlərinin məsuliyyətə cəlb edilməsi kimi hallar da ola bilər. Samanta Pauer indiyə qədər nə edibsə, bütün cinayət əməlləri gec-tez cəzasını alacaqdır".
Qiymət Mahir