Ekspert: “Bunu Ermənistandan Qərb tələb edir” – ÖZƏL
10:31 Siyasət"Belə prosesin olmadığı bildirilsə də, mənbələr bütövlükdə bunu təsdiq edirlər ki, Qərb Ermənistandan yeni seçkilərin keçirilməsini tələb edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Əziz Əlibəyli deyib:
"Ermənistanda yeni seçkilər keçirilərsə, parlamentin simasını dəyişmək məsələsi ortaya qoyulub. Qərb yeni seçkilər vasitəsilə antirusiya parlamentin formalaşmasına ümid edir və düşünür ki, qərbpərəst siyasətçilər burda daha çox təmsil olunacaq. Elə olarsa, Rusiya yönümlü müxalifətin təsiri azalacaq, Ermənistan Rusiyadan daha çox uzaqlaşıb Avropaya inteqrasiyanı sürətləndirəcək".
Bu halda Paşinyanın taleyi necə ola bilər? Ekspert bu barədə də məlumat verib:
"Hər halda prosesi aparan Paşinyan və onun komandasıdır. Düşünmürəm ki, "Vətəndaş Müqaviləsi" Partiyası seçkidə iştirak edənlərdən az səs yığsın. Onlarda seçki sistemi belədir ki, Paşinyan 11 faiz səslə belə qalib gələ bilər".
Qiymət Mahir