Azərbaycan xalqı həmişə dövlət başçımıza güvənib- ÖZƏL
5 Fevral 15:41 Siyasət"Ötən dövrdə Azərbaycanın keçdiyi yola nəzər saldıqda, biz Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Ölkədə aparılan praqmatik siyasət, ilk növbədə, milli maraqların nəzərə alınması ilə şərtlənir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Samir Vəliyev deyib: "Dövlət başçısı mütəmadi qaydada ictimaiyyət nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Azərbaycan Prezidenti bütün məsələlərlə yerindəcə tanış olur, həmçinin verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edilməsi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır.
Ümumiyyətlə, Prezident İlham Əliyev qətiyyətli Lider kimi həmişə dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi görüb və bütün qüvvəsini bu istiqamətdə səfərbər edib. Dövlətimizin başçısı Özünün "güclü dövlət" konsepsiyasını həyata keçirmək üçün bir qayda olaraq xalqa arxalanıb. Öz növbəsində, müdrik Azərbaycan xalqı da həmişə dövlət başçımıza güvənib və bütün məsələlərdə Ona dəstək verib. Xalqımız Prezident İlham Əliyevi qalib Lider kimi birmənalı şəkildə dəstəkləyir".