Azərbaycan nəqliyyat kommunikasiyaların şaxələndirilməsinə önəm verir- ÖZƏL

"Azərbaycanın fəal iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizinin potensial imkanları da güclənir". "Olaylar" xəbər verir ki, bunu YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev deyib: "Respublikamız Şərq-Qərb dəhlizi ilə yanaşı, bu marşrut xəttinə də xüsusi əhəmiyyət verir və bunu şərtləndirən əsas amil ölkəmizin ən sərfəli coğrafi kəsişmə nöqtəsində yerləşməsidir. Azərbaycan nəqliyyat kommunikasiyaların şaxələndirilməsinə önəm verərək Yeni İpək Yolunun Orta Dəhlizində və Şimal-Cənub xəttində orta mövqe tutmaqla bütün beynəlxalq nəqliyyat marşrutlarda iştirak edir. Azərbaycan öz nəqliyyat infrastrukturunu tam yeniləşdirməklə bu dəhlizin strateji əhəmiyyətini artırır. İranla dəmir yollarının birləşdirilməsi və Azərbaycanın Astara stansiyasından İranın Astara şəhərinə qədər dəmir yolunun inşası Şimal-Cənub xəttinin potensial ötürücülük qabiliyyətini yüksəldib və hazırda Asiya və Yaxın-Orta Şərq bölgəsi də öz qovşaqlarını bu dəhlizə inteqrasiya etməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31