Deputat seçicilərin müraciətini dinlədi- ÖZƏL
10:38 SiyasətMilli Məclisin deputatı Günay Ağamalı seçicilərlə növbəti görüş keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Salyan rayonu Ərəbqardaşbəyli kənd tam orta məktəbdə vətəndaşlarla görüşü keçirildi. İlk öncə torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha sonra qısa müddət ərzində görülmüş işlər və həllini tapmış müraciətlər haqqında görüş iştirakçılarına məlumat verildi. Ardınca, seçicilərin səsləndirdiyi müraciətlər və təklifləri dinlənildi, onların həlli istiqamətində zəruri işlərin görüləcəyi diqqətə çatdırıldı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31