Bu bələdiyyə üzrə təkrar seçki keçirilə bilər
16:53 SiyasətNəticələri ləğv edilmiş İmişli rayonu Bəcirəvan bələdiyyəsi üzrə təkrar seçki yanvarın 29-da baş tutan bələdiyyə seçkilərinin tam nəticələri təsdiq olunandan sonra elan edilə bilər.
Olaylar.az xəbər verir ki, seçkilərin ümumi nəticələri təsdiq edilməmiş hər-hansı bələdiyyə üzrə təkrar seçkilərdən danışmaq olmaz.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) İmişli rayonunun Ağcüyür və Bəcirəvan kəndlərini əhatə edən Bəcirəvan bələdiyyəsi üzrə keçirilən seçkilərin nəticələrini fevralın 3-də ləğv edib.
Məlumat üçün bildirək ki, Seçki Məcəlləsinə görə, bələdiyyə üzvləri tam tərkibdə seçilmədikdə, yaxud onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə və bunun nəticəsində bələdiyyənin tərkibi 2/3 hissədən az olduqda MSK-nın qərarı ilə əlavə seçki keçirilir.
"Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"na əsasən, müraciətlərə baxılması fevralın 23-ü, yəni seçkilərin yekunlarının elan edilməsinə qədər aparılacaq.