Azərbaycanın tranzit potensialı əhəmiyyətli dərəcədə artıb- ÖZƏL

"Ölkə ərazisində sərnişinlərin rahat və təhlükəsiz daşınması, müasir nəqliyyat xidmətlərinin təşkil edilməsi məqsədilə Bakı şəhərində və bölgələrdə müasir səviyyəli avtovağzal kompleksləri inşa olunub, yerli və beynəlxalq marşrutlarda yeni avtobus xətləri açılıb". "Olaylar" xəbər verir ki, bunu YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib: "Tarixi zəfərlərin əldə olunması ilə regionun ümumi rifahı üçün yeni əməkdaşlıq imkanları açılıb. Bu baxımdan təkcə siyasi əlaqələrin deyil, həm də daha geniş kontekstdə iqtisadi, humanitar və mədəni münasibətlərin normallaşdırılması üçün münbit şərait yaranıb. İşğaldan azad olunmuş ərazilərimizdə nəqliyyat infrastrukturunun yenidən qurulması, bu rayonlarda istər quruculuq dövründə, istərsə də sonrakı illərdə yük və sərnişin daşınmasına tələbatın təmin edilməsi, beləliklə, nəqliyyat xidmətlərinin bərpası prioritetlərdəndir.

Uzun illər işğal səbəbindən donmuş vəziyyətdə olan nəqliyyat əlaqələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hesab etmək olar ki, münaqişənin bitməsi və sülhün bərqərar olması regional nəqliyyat dəhlizləri əhəmiyyətini daha da artırıb. Son 20 ilə nəzər salsaq, görərik ki, ölkə iqtisadiyyatı böyük inkişaf yolu keçib. Bu dövrdə Azərbaycanın nəqliyyat sektorunda əlamətdar hadisələr baş verib, ölkəmizin tranzit potensialı əhəmiyyətli dərəcədə artıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31