Ekspert:"Biz başqa ölkələrin də eyni addım atmasına şahid olacağıq"- ÖZƏL
19:05 SiyasətKanadanın xarici işlər naziri Melani Joli yenidən erməni lobbisinin ruporu kimi çıxış edərək, Azərbaycan əleyhinə absurd bir bəyanatla gündəmə gəlib. O, Azərbaycana qarşı ağır hərbi cinayətlərdə ittiham olunan erməni vətəndaşlarının "qeyri-şərtsiz azad edilməsi" və ermənilərin Qarabağa "təhlükəsiz qayıdışı" ilə bağlı çağırış edib. Kanadadakı Erməni Milli Komitəsi vasitəsilə yayımlanan bu bəyanat rəsmi Ottavanın diplomatiyasının necə ikili standartlar bataqlığında boğulduğunu və təhrif olunmuş "ədalət" anlayışını Azərbaycana sırımağa çalışdığını açıq şəkildə göstərir.
Mövzu ilə bağlı Olaylar.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, biz başqa ölkələrin də oxşar addım atmasina xeyli şahid olacayıq.
"Biz Kanadadan , o cümlədən Fransadan, Belçikadan, Niderlanddan da bu formada açıqlamalar görəcəyik. Amma əmin olun ki, bu açıqlamalar insan haqları üzərindən aşağı yuxarı tirajlanır. Amma məqsəd burada tamamilə fərqli bir nüansa söykənir ki, bu vəziyyətdə Bakıda davam edən separatçıların məhkəmə prosesi xüsusilə də Vardanyan diqqət mərkəzindədir. Onun ayırdığı milyonlar onun məhkəməsini qlobal gündəmdə tutmaq üçün xərclənir və uzun müddət də belə davam edəcək. Mən elə hesab edirəm ki, hələ biz xeyli dərəcədə başqa ölkələrin də eyni, oxşar addım atmasına şahid olacayıq".