BMT və Azərbaycan arasında 2026-2030 illər üzrə yeni Çərçivə sənədi hökumətlə tam razılaşdırılmış şəkildə hazırlanacaq - BMT nümayəndəsi
16:56 SiyasətBMT və Azərbaycan arasında 2026-2030 illər üzrə yeni Çərçivə sənədi tam razılaşdırılmış və hökumətlə məsləhətləşmələr əsasında hazırlanacaq.
Olaylar.az xəbər verir ki, bu BMT-nin regional inkişafın əlaqələndirilməsi ofisinin dayanıqlı inkişaf üzrə mütəxəssisi Fioralba Şkoda Bakıda BMT və Azərbaycan arasında dayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq (2026-2030) haqqında Çərçivə sənədi çərçivəsində "Yüksək səviyyəli strateji prioritetləşdirmə" mövzusunda keçirlən tədbirdə çıxışında danışıb.
"Bu sənədin məqsədi 2030-ci ilə qədər dayanıqlı inkişafla bağlı gündəmin həyata keçirilməsinə dəstək göstərməkdir. Bu hər bir ölkənin inşikafı üçün BMT fəaliyyətinin planlaşdırılması və realizəsi baxımından ən vacib vasitədir. BMT və Azərbaycan hökuməti arasında 2021-2025-ci illərdə dayanıqlı inkişaf sahəsində əməkdaşlıq haqqında çərçivə sənədinin realizəsi uğurlu nəticələrə gətirib çıxarıb. Onu qeyd etmək də vacibdir ki, Azərbaycanın hökuməti əməkdaşlığa yüksək sadiqlik nümayiş etdirir", -deyə o bildirib.