Paşinyan: "Lukaşenko ilə mübahisəm bitdi, artıq onunla mübahisə etməyəcəyəm" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü keçirdiyi mətbuat konfransında Belarus prezidenti Aleksandr Lukaşenko ilə olan mübahisəsinin bitdiyini və artıq onunla mübahisə etməyəcəyini bildirib.

Paşinyan, Belarus prezidenti Lukaşenkonun 2020-ci ilin müharibəsində Ermənistanı günahlandıran və Azərbaycana müharibə istəmədiyini, pragmatik yanaşdığını iddia edən son açıqlamaları ilə bağlı sual verilərkən, "Bağışlayın, zəhmət olmasa yanlış anlamayın," - deyə cavab verib.

Belarus və Ermənistan arasında diplomatik qalmaqal, Lukaşenkonun Azərbaycan prezidenti İlham Əliyev ilə keçirdiyi görüş zamanı etdiyi bəyanatlarla başlamışdı. Buna cavab olaraq Paşinyan bildirib ki, Lukaşenko Belarusun prezidenti olduğu müddətcə həmin ölkəyə səfər etməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31