Zəngəzur dəhlizi ilə bağlı bütün tərəfləri qane edəcək razılaşmaların şahidi olacağıq- ÖZƏL
15:58 Siyasət"Azərbaycanın əsas hədəflərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizinin açılması 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatla Ermənistanın üzərinə götürdüyü öhdəlikdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Bu həm də bütün regional layihələrdən kənarda qalan Ermənistana yaradılmış fürsətdir. Düşünürəm ki, Ermənistanın siyasi rəhbərliyi müstəqil qərar verə bilsə, Azərbaycanın bu tələbini yerinə yetirməlidir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olması bizim üçün vacibdir. Amma Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyəcək, həm də Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm hissəsi olacaq. Dünyanın aparıcı ölkələri ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri, Türkiyə bu dəhlizin açılmasını dəstəkləyiblər. Ümid edirəm ki, 2025-ci ildə biz Zəngəzur dəhlizi ilə bağlı bütün tərəfləri qane edəcək razılaşmaların şahidi olacağıq".